Almanların əksəriyyəti kansler Fridrix Mertsin fəaliyyətindən narazıdır

Baş səhifə

Bakı. Trend:

Almaniya kansleri Fridrix Mertsin fəaliyyəti ölkə əhalisinin
əksəriyyətinin narazılığı ilə qarşılanır.

Trend xəbər verir ki, bu barədə “Forsa” sosioloji xidmətinin
iyulun 15-dən 18-dək keçirdiyi sorğunun nəticələri sübut edir.
Sorğuda 2003 nəfər iştirak edib.

Nəticələrə əsasən, yalnız 32% respondent Mertsin fəaliyyətindən
razı qalıb. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 3 faiz bəndi
azalıb. 64% isə kanslerin fəaliyyətini mənfi qiymətləndirib – bu,
Merts vəzifəyə gəldiyi vaxtdan bəri ən yüksək narazılıq
səviyyəsidir.




Qeyd olunur ki, bir ay əvvəl bu rəqəm 49% idi, yəni son bir ayda
narazılıq ciddi şəkildə artıb. Almaniyanın şərqində narazılıq daha
yüksəkdir – 74%, qərb bölgələrində isə bu göstərici 62% təşkil
edir.

Qalan respondentlər isə qərarsız qalıb və kanslerin fəaliyyətinə
dair mövqe bildirməyib.

Spread the love