
Bakı. Trend:
İran İslam Respublikasının Prezidenti Məsud Pezəşkian ölkəsinin
nüvə silahı əldə etməyə çalışmadığını, lakin beynəlxalq hüquq
normaları çərçivəsində uranın zənginləşdirilməsini davam
etdirəcəyini bəyan edib.
Trend xəbər verir
ki, dövlət başçısı bu fikirləri “Al Jazeera” telekanalına verdiyi
müsahibədə səsləndirib.
“Biz nüvə silahına sahib olmağı tamamilə rədd edirik – bu, bizim
siyasi, dini, humanitar və strateji mövqeyimizdir”, – deyə
Pezəşkian bildirib.
Prezident vurğulayıb ki, İran gələcəkdə də beynəlxalq hüquqa
uyğun şəkildə uranın zənginləşdirilməsini öz ərazisində davam
etdirəcək.