Yaponiya ABŞ-a 550 milyard dollar yatıracaq

Baş səhifə

Yaponiya ABŞ ilə sazişi çərçivəsində Amerika iqtisadiyyatına investisiya qoyacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial platformasında yazıb.

“Biz indicə Yaponiya ilə böyük bir saziş bağladıq. Yaponiya mənim göstərişimlə ABŞ-a 550 milyard dollar investisiya qoyacaq, ABŞ-a bundan 90% mənfəət çatacaq”, – Tramp bildirib.

Prezident həmçinin qeyd edib ki, ABŞ Yaponiyaya avtomobil, düyü və digər kənd təsərrüfatı məhsullarını tədarük etməyə başlayacaq.

Onun sözlərinə görə, saziş çərçivəsində Yaponiya ABŞ-a idxal üçün 15% rüsum ödəyəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir