
Bakı. Trend:
ABŞ-nin “General Motors” avtomobil konserni 2025-ci ilin ikinci
rübündə dünya üzrə 1 milyon 539 min avtomobil satıb, bu satışdan
47,1 milyard dollar gəlir əldə olunub. Bu göstərici ötən ilin eyni
dövrü ilə müqayisədə 2% azalma deməkdir.
Trend xəbər verir
ki, bu barədə məlumat konsernin rüblük maliyyə hesabatında yer
alıb.
Hesabata əsasən, ikinci rübdə xalis mənfəət 34% azalaraq 1,9
milyard dollara enib. Bu azalmanın əsas səbəblərindən biri ABŞ
Prezidenti Donald Trampın idxal rüsumlarını artırmaq qərarı olub.
Yeni rüsumların GM-ə 1,1 milyard dollar zərər vurduğu qeyd
edilir.
Rüblük nəticələrin açıqlanmasından sonra şirkətin səhmləri 3,3%
ucuzlaşıb.