2025-ci ildə Kaliforniyada baş verən meşə yanğınları ABŞ tarixində ən bahalı fəlakət olub

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin əvvəlində Kaliforniya ştatında baş vermiş iki böyük
meşə yanğını nəticəsində 31 nəfər həyatını itirib, 16 200-dən çox
tikili məhv olub.

Trend xəbər verir
ki, bu fəlakətlər yalnız ABŞ tarixində deyil, həm də dünya
miqyasında ən çox iqtisadi ziyana səbəb olan yanğınlar kimi
qiymətləndirilir.




Ümumi zərərin həcmi 65 milyard dolları keçib.

Qeyd edək ki, 2018-ci ildə Kaliforniyada baş verən yanğınlar da
ölkəyə 13 milyard dollar ziyan vurmuşdu və uzun müddət ABŞ
tarixində ən dağıdıcı yanğınlar siyahısında birinci yerdə idi.
Lakin 2025-ci ilin fəlakətləri bu göstəricini dəfələrlə
üstələyib.