ABŞ raket istehsalını artıracaq – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp, silahların azaldılması ilə bağlı
əvvəlki bəyanatlarına baxmayaraq, rakitlərin sayının artırılmasının
vacibliyini vurğulayıb.

Trend xəbər verir
ki, bu barədə Tramp jurnalistlərlə görüşündə bildirib.




ABŞ hazırda dünyada ən çox raket və sursata malik ölkədir və bu
sahədə istehsal sürətinin artırılması prioritet məsələlərdən
biridir.

Prezidentin sözlərinə görə, söhbət həm “sürətli, yavaş, dəqiq,
həm də o qədər də dəqiq olmayan” raketlərdən gedir. O, bu addımın
ABŞ-nin müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından
əhəmiyyətini xüsusi qeyd edib.

Spread the love