
Bakı. Trend:
Türkiyədə 4-22 iyul tarixlərində ölkənin müxtəlif vilayətlərində
meydana gələn 61 meşə yanğını ilə əlaqədar çox sayda insan şübhəli
şəxs qismində saxlanılıb.
Trend xəbər verir
ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz rəsmi “X”
səhifəsində məlumat paylaşıb.
Video ilə müşayiət olunan məlumata əsasən, ümumilikdə
yanğınlarla əlaqədar 23 şübhəli saxlanılıb, onlardan 4-ü barədə
həbs qətimkan tədbiri seçilib.