Ukrayna Prezidenti Rusiya ilə danışıqlar üzrə nümayəndə heyətinin tərkibini genişləndirib

Baş səhifə

Ukrayna Prezidenti Rusiya ilə danışıqlar üzrə nümayəndə heyətinin tərkibini genişləndirib.

APA xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar üçün yaradılmış nümayəndə heyətinin tərkibini 12 nəfərdən 14 nəfərə çatdırıb.

Prezidentin rəsmi saytında yayımlanan sərəncama əsasən, heyətə Ukrayna İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) nümayəndəsi və Silahlı Qüvvələrin Baş Qərargahından daha bir nümayəndə əlavə edilib.

TASS-ın yaydığı məlumata görə, Rusiya tərəfinin İstanbul danışıqlarındakı nümayəndə heyətinin tərkibi dəyişməz qalıb. Heyət dörd əsas nümayəndə və dörd ekspertdən ibarətdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir