Paşinyan Rusiyaya iki günlük səfərə yollanır

Baş səhifə

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya iki
günlük işgüzar səfərə yollanacaq. O, ətraf mühitin qorunması üzrə
konfransda iştirak edəcək.

Trend xəbər verir
ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti
məlumat yayıb.




“Ermənistanın baş naziri Nikol Paşinyan 24-də Rusiya
Federasiyasına iki günlük səfər yollanacaq. Baş nazir Rusiya
Federasiyasının Altay Respublikasında keçiriləcək Təbiətin və Ətraf
Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konfransda iştirak edəcək”, –
deyə Nazirlər Kabinetinin məlumatında deyilir.