Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Baş səhifə

Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.

Bu barədə “Report”a Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən məlumat verilib.

AŞF-nin İcraiyyə Komitəsi onlayn toplantıda Gürcüstanın Batumi şəhərində keçiriləcək şahmat üzrə Avropa çempionatında iştirak edəcək milli komandaların heyətini təsdiqləyib.

Kişi şahmatçılardan ibarət Azərbaycan komandasının heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Eltac Səfərli cəlb edilib. Komandanın kapitanı Teymur Rəcəbov olacaq.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunub. İlahə Qədimova kapitan olaraq, Nicat Abasov isə məşqçi kimi təsdiqlənib.

Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq.

Qeyd edək ki, qitə çempionatı oktyabrın 5-də start götürəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir