Almaniya Türkiyəyə 40 “Eurofighter” döyüş təyyarəsinin satışına razılıq verib – KİV

Baş səhifə

Bakı. Trend:

Almaniya Federal Təhlükəsizlik Şurası Türkiyəyə 40 ədəd
“Eurofighter” döyüş təyyarəsinin satışı ilə bağlı Ankaranın
sorğusunu müsbət cavablandırıb.

Trend xəbər
verir ki, bu barədə “Spiegel” qəzeti məlumat yayıb.

“Eurofighter” döyüş təyyarələri Almaniya, İngiltərə, İtaliya və
İspaniyanın yer aldığı konsorsium tərəfindən istehsal edilir. Qəzet
40 təyyarənin ümumi dəyərinin təxminən 4,75 milyard avro olduğunu
bildirib.




Xatırladaq ki, Almaniya Kansleri Fridrix Merts Londonda
Britaniyanın Baş naziri Keir Starmer ilə birgə mətbuata bəyanatında
“Eurofighter” təyyarələrinin Türkiyəyə satışı ilə bağlı müsbət
mövqe nümayiş etdirmişdi. Kansler bu barədə sualı cavablandırarkən
ixracla bağlı müsbət qərarın qəbulu istiqamətində irəliləyişlərin
olduğunu vurğulamışdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da son açıqlamalarının
birində “Eurofighter” təyyarələrinin yaxın vaxtda alınacağına
ümidvar olduğunu açıqlamışdı.