
Bakı. Trend:
İndoneziyanın Sumatra adasında Marapi vulkanı püskürüb.
Trend xəbər verir
ki, bu barədə “Antara” agentliyi ərazidəki müşahidə postuna
istinadən məlumat yayıb.
Püskürmədən sonra krater üzərinə 1,6 min metr hündürlükdə kül
kütləsi qalxıb. Qatı kütlənin küləyin təsiri ilə cənub-şərq
istiqamətində yayıldığı bildirilir.
Yerli sakinlərə vulkana 3 kilometrə qədər yaxınlaşmamaq barədə
xəbərdarlıq edilib.