Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi ən qısa zamanda qəbul olunacaq – Fransalı nazir

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi ən tez
bir zamanda qəbul olunacaq.

Trend xəbər verir
ki, belə bir bəyanatla Fransanın Avropa məsələləri üzrə
nazir-deleqat Bencamen Addad “France Inter” radiostansiyasının
efirində çıxış edib.

“Biz gərək öz tərəfdaşlarımızla işləyək. Biz məhz Fransanın fəal
mövqeyi sayəsində bir-birinin ardınca Aİ-nin 17-ci və 18-ci
sanksiyalar paketini qəbul etdik”, – deyə o bildirib.




Onun sözlərinə görə, əsas məqsəd Rusiyaya maksimum təzyiqin
göstərilməsi və onun resurslarının, ələlxüsus da enerji
potensialının tükədilməsi olmalıdır.

Bundan əvvəl Fransanın XİN rəhbəri Jan-Noel Barro “France
Inter”ə verdiyi açıqlamada Fransanın Rusiyaya qarşı Aİ-nin yeni
sanksiyalar paketini hazırlayacağını bəyan etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir