“Araz-Naxçıvan”ın futbolçusu: “Sabah bizi ağır oyun gözləyir”

Baş səhifə

“Araz-Naxçıvan” komandasını sabah ağır oyun gözləyəcək.

“Report” xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Urfan Abbasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”ə (Yunanıstan) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Müdafiəçi qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:

“Sabah bizi ağır oyun gözləyir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, qələbə bizimlə olacaq. Rəqibin zəif və güclü tərəflərini təhlil etmişik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.