Qusarda “Qərbi Azərbaycan irsi” kitabının I cildi təqdim olunub

Baş səhifə

Qusar rayonunda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Mahir Süleymanlı, Əlibala Məhərrəmzadə, Müşfiq Məmmədli, Azər Badamov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən deputat Mahir Süleymanlı kitabın Qərbi Azərbaycanın mədəni və tarixi yaddaşını yaşatmaq baxımından əhəmiyyətini vurğulayıb.

O, həmçinin Qərbi Azərbaycana qayıdış ideyasından danışaraq, bölgədəki qədim qəbiristanlıqların, tarixi abidələrin və digər mədəni irs nümunələrinin bərpasının vacibliyini qeyd edib.

Tədbirdə nəşrin hazırlanma prosesi, istifadə olunan mənbələr və növbəti cildlərin nəşri ilə bağlı da məlumat verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir