İsrail XİN rəhbəri Kiyevdə Zelenski ilə görüşüb, İrana qarşı mübarizəni müzakirə edib

Baş səhifə

İsrail xarici işlər naziri Gideon Saar Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

APA xəbər verir ki, Saarın ofisindən verilən məlumata görə, görüş dostluq şəraitində və müsbət atmosferdə keçib.

Görüşdə ikitərəfli əlaqələrin gücləndirilməsi, Ukraynadakı müharibə və İran da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.

Saar Zelenskidən Ukrayna parlamenti tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil olunmasını xahiş edib.

Spread the love