
Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında mümkün görüş üçün razılaşmanın şərtlərini hazırlamaq lazımdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna arasında keçirilən danışıqlardan sonra deyib.
“Belə bir görüşün baş tutması üçün əvvəlcə razılaşmanın şərtlərini hazırlamaq və bu görüşdə nəyin müzakirə olunacağını anlamaq lazımdır. Amma əslində bu görüşdə razılaşmanı müzakirə etmək yox, onu imzalamaq lazımdır”, – Medinski bildirib.
“Bütün bunları sıfırdan yenidən müzakirə etmək üçün görüşməyin mənası yoxdur”, – Rusiya Prezidentinin köməkçisi vurğulayıb.

