Çempionlar Liqası: “Qarabağ” “Şelburn” səfərində ikinci qolu vurub – YENİLƏNİB-4

Baş səhifə

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” matçında üçüncü qol vurulub.

“Report” xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubu hesab arasındakı fərqi üç topa yüksəldib – 3:0.

Qarşılaşmanın 85-ci dəqiqəsində Nəriman Axundzadə meydan adını tabloya yazdırıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” matçında ikinci qol vurulub.

“Report” xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubu hesab arasındakı fərqi iki topa yüksəldib – 2:0.

Qarşılaşmanın 81-ci dəqiqəsində Aleksey Kaşuk meydan sahiblərini cəzalandırıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” maçtında ikinci hissə başlayıb.

“Report” xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubu 1:0 hesabı ilə öndədir.

Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” matçında ilk hissə başa çatıb.

“Report” xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubu fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” matçında hesab açılıb.

“Report” xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubu hesabda irəli çıxıb.

Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” matçı start götürüb.

“Report” xəbər verir ki, qarşılaşma Dublindəki “Tolka Park” stadionunda keçirilir.

Görüşü xorvatiyalı referi Ante Kulina idarə edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir