Çempionlar Liqası: “Qarabağ” səfərdə “Şelburn”a böyük hesabla qalib gəlib – YENİLƏNİB-6

Baş səhifə

“Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi “Şelburn”a böyük hesabla qalib gəlib.

“Report”un məlumatına görə, Dublindəki “Tolka Park” arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesablı qələbəyə sevinib.

“Köhlən atlar”ın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Növbəti tura adlayan tərəf III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” matçında üçüncü qol vurulub.

“Report” xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubu hesab arasındakı fərqi üç topa yüksəldib – 3:0.

Qarşılaşmanın 85-ci dəqiqəsində Nəriman Axundzadə meydan adını tabloya yazdırıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” matçında ikinci qol vurulub.

“Report” xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubu hesab arasındakı fərqi iki topa yüksəldib – 2:0.

Qarşılaşmanın 81-ci dəqiqəsində Aleksey Kaşuk meydan sahiblərini cəzalandırıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” maçtında ikinci hissə başlayıb.

“Report” xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubu 1:0 hesabı ilə öndədir.

Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” matçında ilk hissə başa çatıb.

“Report” xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubu fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” matçında hesab açılıb.

“Report” xəbər verir ki, Dublindəki “Tolka Park” stadionunda keçirilən görüşdə Ağdam klubu hesabda irəli çıxıb.

Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Qarabağ” matçı start götürüb.

“Report” xəbər verir ki, qarşılaşma Dublindəki “Tolka Park” stadionunda keçirilir.

Görüşü xorvatiyalı referi Ante Kulina idarə edir.