Azərbaycanla Mərakeş arasında logistika sahəsində çərçivə sazişinin icra vəziyyəti müzakirə olunub

Baş səhifə

Azərbaycanın Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov 2025-ci il iyulun 23-də Mərakeş Krallığının nəqliyyat və logistika naziri Abdessamad Kayuh ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə səfir “X” səhifəsində paylaşım edib.

Görüş zamanı Azərbaycan və Mərakeş arasında hökumətlərarası komissiyanın son iclası çərçivəsində imzalanmış logistika sahəsində çərçivə sazişinin icra vəziyyəti müzakirə olunub.

Sənədin reallaşdırılması üçün müvafiq qurumlar arasında işçi qrupun yaradılması və atılacaq növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.

Spread the love