
Bakı. Trend:
Türkiyənin Eskişehir vilayətində davam edən meşə yanğınlarına
müdaxilə edən on işçi həlak olub.
Trend xəbər verir ki, bu
barədə kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı
bildirib.
Məlumata əsasən, Eskişehirdən başlayaraq Afyonkarahisar
ərazisinə keçən yanğında istiqamətini qəfil dəyişən küləyin təsiri
ilə 24 nəfər alovların əhatəsində qalıb. Onlardan beşi meşə işçisi,
beşi isə Axtarış-Xilasetmə Dərnəyinin (AKUT) əməkdaşı olmaqla on
nəfər həlak olub. Hazırda digər 14 nəfərin müalicəsi xəstəxanada
davam edir.
Nazir Türkiyə üzrə yeddi ocaqda yanğınla mübarizənin davam
etdiyini bildirib.