Tramp ABŞ-da süni intellektin inkişafını dəstəkləyən üç sərəncam imzalayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkədə süni intellekt
texnologiyalarının inkişaf etdirilməsi və bu sahədə istehsal olunan
məhsulların ixrac imkanlarının genişləndirilməsi məqsədilə üç icra
sərəncamı imzalayıb.

Trend xəbər verir ki, Tramp
bu barədə Vaşinqtonda keçirilən ixtisaslaşmış konfransda çıxışı
zamanı açıqlama verib.




“Amerika süni intellekt yarışına öncüllük edən ölkədir. Və bu
gün, ABŞ Prezidenti olaraq bəyan edirəm ki, bu yarışı Amerika
qalibiyyətlə başa vuracaq”, – deyə Tramp bildirib.

Prezident əlavə edib ki, ABŞ hal-hazırda süni intellekt
sahəsində Çinlə müqayisədə əhəmiyyətli üstünlüyə malikdir və bu
mövqeyini daha da gücləndirmək niyyətindədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir