
Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi Ukraynaya 322 milyon dollar dəyərində
silah və avadanlıq satışını təsdiqləyib.
Trend-in
məlumatına görə, bu barədə nazirliyin rəsmi açıqlamasında
bildirilib.
Satışın təxminən 172 milyon dolları “HAWK Phase III” raket
sistemləri, təminat sistemləri və peyk avadanlıqlarına ayrılıb.
Qalan 150 milyon dollar isə “Bradley” döyüş maşınları, onların
təmiri və texniki dəstəyi üçün nəzərdə tutulur.