
Bakı. Trend:
Ağdərə rayonu, Sərsəng su anbarı ətrafında turizm infrastrukturu
yaradılacaq.
Trend-in
məlumatına görə, Dövlət Turizm Agentliyi (DTA) bununla bağlı
müvafiq işləri yekunlaşdırıb.
Belə ki, agentlik qeyd olunan turizm infrastrukturunun
yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması
işlərini “Apex Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə
edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 266 379 manat ödənilib.
DTA-nın müqavilə bağladığı “Apex Group” MMC 2021-ci ildə dövlət
qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin
qanuni təmsilçisi Bağırlı Elvin Eldar oğludur.