
Bakı. Trend:
19 iyun – 6 iyul tarixlərində Fransada əvvəlki dövrlərlə
müqayisədə 480 əlavə ölüm faktı qeydə alınıb. Bu da kəskin istilər
dövrünə təsadüf edir.
Trend xəbər
verir ki, bu statistikanı Fransanın İctimai Səhiyyə Agentliyi
yayıb.
Agentlik hesab edir ki, bu artım anomal istilər səbəbindən baş
verib. Zərərçəkənlərin demək olar hamısı yaşı 75-i ötmüş
şəxslərdir. Daha dəqiq statistika avqustda elan olunacaq.