Rusiyada 40 sərnişini daşıyan təyyarə qəzaya uğrayıb (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Amur vilayətində yoxa çıxmış “An-24” təyyarəsi Tında
yaxınlığında qəzaya uğrayıb.

Trend bu barədə
“Interfaks”a istinadən xəbər verir.

İtki sayı barədə hələlik rəsmi məlumat yoxdur.

Qeyd edək ki, təyyarənin göyərtəsində 40 sərnişin və 6 heyət
üzvü olub.

xxx




10:15

Rusiyanın Amur vilayətində Xabarovks-Blaqoveşensk-Tında marşrutu
ilə uçan “An-24” sərnişin təyyarəsi ilə rabitə kəsilib.

Trend xəbər verir
ki, bu barədə “Interfaks” bölgənin fövqəladə xidmətlərinə istinadən
məlumat yayıb.

“An-24 təyyarəsi Xabarovsk–Blaqoveşensk–Tında marşrutu üzrə
hərəkət edirdi. Marşrutun son nöqtəsinə yaxınlaşarkən nəzarət
zonasından keçə bilməyib. Onunla əlaqə yoxdur”, – deyə fövqəladə
xidmətlərdən bildirilib.

Qeyd olunub ki, təyyarə Tındada ilk cəhddə eniş edə
bilmədiyindən təkrar dövrə etmək istərkən radarlardan itib.
Təyyarədə 40 sərnişin və 6 heyət üzvü olub.