İsrail Qəzzada atəşkəslə bağlı HƏMAS-dan cavab alıb

Baş səhifə

İsrail tərəfi Qəzza zolağında atəşkəs danışıqlarının davam etdirilməsi ilə bağlı HƏMAS-ın cavabını üçüncü tərəflərin vasitəçiliyi ilə alıb.

“Report” “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

“İsrail HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı təklif olunan sazişə yekun cavabı alıb. Hazırda bu cavab diqqətlə öyrənilir”, – məlumatda bildirilib.

Spread the love