Azərbaycan və Somali XİN başçıları geniştərkibli görüş keçiriblər – YENİLƏNİB

Baş səhifə

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali arasında geniş tərkibli görüş baş tutub.

APA xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Somali arasında ticarət, enerji, kənd təsərrüfatı, təhsil və humanitar yardım sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

Nazirlər həmçinin BMT, Qoşulmama Hərəkatı (NAM) və İslam Əməkdaşlıq Təşkilatı (OİC) çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiklərini vurğulayıblar.

***

11:47

Azərbaycan və Somali XİN başçıları arasında görüş keçirilir.

APA xəbər verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alini XİN-də qarşılayıb.

Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.