
Bakı. Trend:
Estoniya hökuməti Belarus prezidenti Aleksandr Lukaşenko daxil
olmaqla, bu ölkənin 273 vətəndaşının Estoniyaya girişinə müddətsiz
qadağa qoyub.
Trend xəbər verir
ki, barədə ERR teleradio şirkəti məlumat yayıb.
“Estoniya hökuməti cümə axşamı Belarusla bağlı sanksiyaları
müddətsiz etmək və hakimiyyətin əsas nümayəndələrinin ölkəyə
girişinə qoyulan qadağanı davam etdirmək barədə qərar qəbul edib.
Sanksiya tətbiq olunan şəxslərin siyahısında ümumilikdə 273 nəfər
yer alır. Onların arasında Aleksandr Lukaşenko da var”, – deyə
şirkətin saytında dərc olunmuş xəbərdə qeyd olunub.
Məlumatda o da qeyd olunur ki, bu təşəbbüs Estoniyanın xarici
işlər naziri Margus Tsaxna tərəfindən irəli sürülüb. Bu, guya
Belarusda insan hüquqlarına riayət olunmaması ilə bağlı vəziyyətlə
əlaqələndirilir.
Belarus rəsmilərinə qarşı ilk sanksiyalar 2020-ci ildə tətbiq
olunmuş və bir neçə dəfə uzadılmışdı.

