
Bakı. Trend:
Zəngəzur dəhlizi ilə bağlı məsələ Ermənistan və Azərbaycanın
suveren işidir.
Trend Rusiya KİV-ə
istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi
Dmitriy Peskov deyib.
“Bu, Ermənistan və Azərbaycanın suveren işidr. Biz Bakı və
İrəvana ən tez zamanda müqaviləni imzalamağı arzu edirik”, – deyə
Peskov jurnalistlərə bildirib.
O, Rusiyanın Ermənistan və Azərbaycan arasında gedən danışıqlara
hər cür dəstək olduğunu əlavə edib.