
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta bazarı üzrə yığımlar 817,04 milyon manata yüksəlib.
“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu 2024-cü ilin eyni dövrünə nisbətən 12,7 % çoxdur.
Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 432,2 milyon manat təşkil edib. Başqa sözlə, son bir ildə ödənişlərin həcmi 21,2 % artıb.
Nəticədə sığorta bazarının zərərliliyi 49,2%-dən 52,9%-ə yüksəlib.