
Bakı. Trend:
İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması
ilə bağlı danışıqların məkanı və zamanı təsdiqlənib.
Trend bu barədə
İranın Təsnim agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Tehranla “avroüçlük” (Böyük Britaniya, Almaniya,
Fransa – red.) arasında nüvə danışıqları iyulun 25-də İranın
Türkiyənin İstanbul şəhərindəki konsulluğunda keçiriləcək.
Qeyd olunur ki, bundan əvvəl İranın XİN rəsmi nümayəndəsi
İsmayıl Bəqai danışıqların növbəti raundunun xarici işlər
nazirlərinin müavinləri səviyyəsində keçiriləcəyini bəyan
etmişdi.
İranı danışıqlarda Məcid Taxt Rəvançı və Kazem Qəribəbadi təmsil
edəcək.