“Netflix” şahzadə Harri ilə əməkdaşlığı dayandırır

Baş səhifə

Bakı. Trend:

“Netfix” Britaniya şahzadəsi Harri və onun həyat yoldaşı Meqan
Marklla yeni müqavilə bağlamayacaq. Buna səbəb onlaırn öncəki
layihələrinin iflasa uğramasıdır.

Trend xəbər verir
ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, “Netflix”də 2025-ci ilin birinci yarısı ərzində
yayımlanan proqramlar arasında “With Love, Meghan” şousu ilk 300-ə
düşməyib, şahzadə Harrinin polo haqqında sənədli filmi isə 7 min
layihə arasında cəmi 3436-cı yeri tutub.




Şirkətdən anonim mənbənin bildirdiyinə görə, müqavilə artıq
“ölü” hesab olunur. Onun fikrincə, reytinqlərin aşağı olması
səbəbindən Harri və Meqan müqavilədən məhrum olacaqlar.

“With Love, Meghan” layihəsinin ikinci mövsümü elan olunsa da, “Netflix” cütlük ilə 100 milyon dollarlıq müqaviləni yeniləməyi
planlaşdırmır.

Spread the love