
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyununda hesab açılıb.
“Report”un məlumatına görə, “Dalğa Arena” stadionunda keçirilən qarşılaşmada qonaqlar hesabda irəli çıxıblar.
Rəqibin heyətində 66-cı dəqiqədə Moron Loren adını tabloya yazdırıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyununda ikinci hissə başlayıb.
“Report”un məlumatına görə, “Dalğa Arena” stadionunda davam edən qarşılaşmada hesab açılmayıb.
Qarşılaşmanı rumıniyalı FIFA referisi Andrey Kivulete idarə edir.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyununda birinci hissə başa çatıb.
“Report”un məlumatına görə, “Dalğa Arena” stadionunda keçirilən qarşılaşmanın ilk yarısında hesab açılmayıb.
Qarşılaşmanı rumıniyalı FIFA referisi Andrey Kivulete idarə edir.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyunu start götürüb.
“Report”un məlumatına görə, matç “Dalğa Arena” stadionunda keçirilir.
Qarşılaşmanı rumıniyalı FIFA referisi Andrey Kivulete idarə edir.
FOTO: Məhəmməd Ağayev