Konfrans Liqası: “Araz-Naxçıvan” “Aris” üzərində qələbə qazanıb – YENİLƏNİB-6

Baş səhifə

“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi “Aris”ə qalib gəlib.

“Report” xəbər verir ki, “Dalğa Arena”da keçirilən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib.

Qarşılaşmada hesabı qonaqlar açıblar. 66-cı dəqiqədə Moron Loren fərqlənib. Bununla belə özündə güc tapan meydan sahibləri 75-ci dəqiqədə Felipe Santosun, 3 dəqiqə sonra isə Patrik Andradenin qoluna seviniblər.

Qeyd edək ki, tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyununda üçüncü qol vurulub.

“Report”un məlumatına görə, “Dalğa Arena” stadionunda keçirilən qarşılaşmada təmsilçimiz hesabda irəli çıxıb – 2:1.

“Araz-Naxçıvan”ın heyətində 78-ci dəqiqədə Patrik Andrade fərqlənib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyununda ikinci qol vurulub.

“Report”un məlumatına görə, “Dalğa Arena” stadionunda keçirilən qarşılaşmada təmsilçimiz hesabı bərabərləşdirib – 1:1.

“Araz-Naxçıvan”ın heyətində 75-ci dəqiqədə Felipe Santos fərqlənib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyununda hesab açılıb.

“Report”un məlumatına görə, “Dalğa Arena” stadionunda keçirilən qarşılaşmada qonaqlar hesabda irəli çıxıblar.

Rəqibin heyətində 66-cı dəqiqədə Moron Loren adını tabloya yazdırıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyununda ikinci hissə başlayıb.

“Report”un məlumatına görə, “Dalğa Arena” stadionunda davam edən qarşılaşmada hesab açılmayıb.

Qarşılaşmanı rumıniyalı FIFA referisi Andrey Kivulete idarə edir.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyununda birinci hissə başa çatıb.

“Report”un məlumatına görə, “Dalğa Arena” stadionunda keçirilən qarşılaşmanın ilk yarısında hesab açılmayıb.

Qarşılaşmanı rumıniyalı FIFA referisi Andrey Kivulete idarə edir.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyunu start götürüb.

“Report”un məlumatına görə, matç “Dalğa Arena” stadionunda keçirilir.

Qarşılaşmanı rumıniyalı FIFA referisi Andrey Kivulete idarə edir.

FOTO: Məhəmməd Ağayev