
Bakı. Trend:
Polşa Prezidenti Andjey Duda ölkənin piyada əleyhinə minaların
istehsalı, istifadəsi və saxlanılmasını qadağan edən Ottava
Konvensiyasından çıxmasına dair qanunu imzalayıb.
Trend-in
məlumatına görə, bu barədə məlumat Polşa Prezident
Administrasiyasının rəsmi saytında dərc olunub.
Qeyd edək ki, daha əvvəl Polşa parlamenti ölkənin konvensiyadan
çıxmasının lehinə səs vermişdi.
Xatırladaq ki, Polşa bu ilin mart ayında Baltikyanı ölkələr və
Finlandiya ilə birlikdə Ottava Konvensiyasından çıxmaq niyyətində
olduğunu bəyan etmişdi.

