
Bakı. Trend:
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof bildirib ki,
ABŞ Qəzza zolağında atəşkəs danışıqlarını dayandıraraq Qətərdəki
danışıqlar üzrə qrupunu məsləhətləşmələr üçün geri çağırıb.
Trend-in
məlumatına görə, bu barədə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi
Stiv Vitkof məlumat verib.
Vitkof əlavə edib ki, bu qərar HƏMAS-ın Qəzzada atəşkəsə nail
olmaq istəmədiyini açıq şəkildə göstərən son cavabından sonra
verilib.
“Vasitəçilər böyük səy göstərsələr də, HƏMAS koordinasiya və ya
vicdanla hərəkət etmir. İndi biz girovların geri qaytarılması üçün
alternativ variantları nəzərdən keçirib, Qəzza əhalisi üçün daha
sabit mühit yaratmağa çalışacağıq. HƏMAS-ın eqoist şəkildə hərəkət
etməsi utancvericidir. Biz bu münaqişəyə son qoymaqda və Qəzzada
daimi sülhə nail olmaqda qətiyyətliyik”, – deyə o vurğulayıb.

