Amerikalı restler və aktyor Halk Hoqan vəfat edib

Baş səhifə

Bakı. Trend:

Məşhur amerikalı restler və aktyor Halk Hoqan vəfat edib.

Trend-in TMZ-yə
istinadla verdiyi xəbərə görə, 71 yaşlı sənətçinin ürəyi
dayanıb.




Əsl adı Terri Bollea olan Halk Hoqan karyerasına 1977-ci ildə
başlayıb və 30 ildən artıq müddətdə ABŞ restlinqinin əsas
simalarından biri olub. O, dünya üzrə milyonlarla azarkeşi olan
ulduza çevrilmişdi.

Halk Hoqan həmçinin aktyor kimi də tanınıb. Onun kino sahəsində
ilk rolu 1982-ci ildə “Rokki 3” filmində olub. Sonrakı illərdə o,
müxtəlif Hollivud layihələrində çıxış edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir