
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İlon Maskın biznesinin münaqişə
səbəbindən məhv edilməyəcəyini bəyan edib.
Trend-in
məlumatına görə, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində
paylaşım edib.
“Hamı deyir ki, mən ABŞ hökumətinin külli miqdarda
subsidiyalarının hamısını olmasa da, bir hissəsini götürüb Elonun
şirkətlərini məhv edəcəyəm. Səhv! Mən Elonun və ölkəmizdəki bütün
sahibkarların heç vaxt olmadığı kimi çiçəklənməsini istəyirəm.
Onlar nə qədər yaxşı olsa, ABŞ da bir o qədər güclü olar,” – deyə
ABŞ lideri bildirib.