Fransa yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Fransanın xaricdəki kollektivinə daxil olan Mata-Utu, Uollis və
Futuna adaları yaxınlığında 6,6 bal gücündə zəlzələ qeydə
alınıb.

Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
məlumat yayıb.




Bildirilib ki, zəlzələnin episentri Sakit okeanda, adalardan
təxminən 175 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların
ocağı isə 314 kilometr dərinlikdə olub.

Hazırda zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.
Rəsmilər ərazidə vəziyyəti izləməkdə davam edir.