“WhatsApp”da yeni xatırlatma funksiyası əlavə olunacaq

Baş səhifə

Bakı. Trend:

“WhatsApp” messenceri istifadəçilərə xüsusi mesajlar üçün
xatırlatmalar təyin etməyə imkan verəcək yeni funksiyanı sınaqdan
keçirir.

Trend xəbər verir
ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Yeni funksiya tez-tez mesaj oxuyan, cavab verməyi təxirə salan
və ya vacib yazışmaları unudan istifadəçilər üçün nəzərdə
tutulub.

Funksiya necə işləyəcək?
İstifadəçi xatırlatma təyin etmək istədiyi mesajın üzərinə bir
müddət basmalıdır.




Açılan menyuda “Mənə xatırlat” (Remind me) seçimi görünəcək.

Buradan 2, 8 və ya 24 saatlıq xatırlatma intervallarından biri
seçilə bilər.

Funksiya aktiv olduqda, mesajın kənarında kiçik zəng işarəsi
peyda olacaq.

Yeni imkanın Android və iOS üçün “WhatsApp” tətbiqinin beta
versiyalarında sınaqdan keçirildiyi, yaxın aylarda isə stabil
versiyaya əlavə olunacağı gözlənilir.

Spread the love