
Bakı. Trend:
Serbiya xarici ölkələrdə saxlanılan qızıl ehtiyatlarını öz
ərazisinə qaytarmaq qərarına gəlib.
Trend xəbər verir
ki, bu barədə Serbiya Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, Belqrad bu addımı böhranlı dövrlərdə strateji
ehtiyatların təhlükəsizliyini təmin etmək məqsədilə atır. Bununla
da Serbiya, Şərqi Avropada qızıl ehtiyatlarını İsveçrə, Böyük
Britaniya və ABŞ kimi ənənəvi mərkəzlərdə saxlamayan ilk ölkə
olacaq.
Qeyd olunur ki, Serbiyanın ümumi qızıl ehtiyatı 50,5 ton təşkil
edir. Bu həcmin təxminən altı milyard dollar dəyərində olduğu
bildirilir. 2024-cü ildə əldə olunmuş və hələ İsveçrədə saxlanılan
beş ton istisna olmaqla, qızıl ehtiyatlarının qalan hissəsi artıq
Belqraddadır.