Ukraynalı depuat yol-nəqliyyat hadisəsində həlak olub

Baş səhifə

Ukrayna Ali Radasının deputatı Yaroslav Ruşin yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

APA xəbər verir ki, bu barədə “Insider.ua” məlumat yayıb.

Hadisə iyulun 24-də baş verib.

Məlumata görə, motosikletin sükanı arxasında olan Yaroslav Ruşin idarəetməni itirib və qəza nəticəsində həyatını itirib.

Qeyd edək ki, deputat seçilməzdən əvvəl mərhum Ukrayna şou-biznesinin tanınmış nümayəndələrindən biri olub. O, bir müddət “Okean Elzı” qrupunun və ukraynalı müğənni Ruslananın prodüseri kimi fəaliyyət göstərib.

Spread the love