IGB operatoru “Damas MMS:G” dispetçer idarəetmə sisteminin tətbiqinə başlayıb

Baş səhifə

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) operatoru olan
ICGB öz rəqəmsal transformasiya strategiyası çərçivəsində uğurlu
şəkildə “Damas MMS:G” kommersiya dispetçer sisteminin tətbiqini
həyata keçirib.

Trend bu barədə
ICGB-yə istinadən xəbər verir.

Yeni platformanın tətbiqi şirkətin bütün kommersiya və əməliyyat
proseslərinin avtomatlaşdırılması istiqamətində mühüm addım olub və
transsərhəd qaz axınlarının effektiv, etibarlı və şəffaf şəkildə
idarə olunması potensialını artırmış olub.

“Damas MMS:G” sistemi ICGB kommersiya əməliyyatlarının rəqəmsal
nüvəsinə çevrilməklə qaz nəqli xidmətlərinin kompleks idarə
olunmasını, o cümlədən, aşağıdakıları təmin etmiş olub:

  • PRISMA və RBP hərrac platformaları vasitəsilə sistemlərarası
    birləşmə nöqtələrində nəqliyyat güclərinin təklif olunması;
  • güclərin bronlaşdırılması və müştərilərin paylanmasının idarə
    edilməsi;
  • nominasiya proseslərinin və qonşu nəqliyyat sistemlərinin
    operatorları ilə razılaşdırmanın tam administrasiyası;
  • gündəlik balansın təmin edilməsi, balanssızlıqların
    hesablanması və tənzimləyici və bazar hesabatlarının
    hazırlanması;
  • ixtisaslaşdırılmış modul vasitəsilə müştərilərə aylıq
    hesab-fakturaların təqdim edilməsi.

Bundan əlavə, platforma “Balkan Gas Hub” ilə tam inteqrasiya
olunub, bu da bazar iştirakçıları üçün qaz ticarətini daha əlçatan
və rahat edir.




“Damas MMS:G” sisteminin tətbiqi ICGB-nin yüksək əməliyyat
standartlarına, tənzimləyici uyğunluğa və Avropa İttifaqının enerji
siyasətinin məqsədlərinə uyğun olaraq bazara inteqrasiya öhdəliyini
bir daha təsdiqləyib.

Sistem Unicorn Universe Digital-Twin Construction Kit (uuDck)
alətindən istifadə olunmaqla, Unicorn Mobile-First IoT-ready Cloud
AI-Boosted arxitekturası əsasında hazırlanıb.

Qeyd edək ki, Yunanıstan–Bolqarıstan qaz interkonnektoru 2011-ci
ildə Bolqarıstanda qeydiyyatdan keçmiş ICGB AD birgə müəssisəsi
tərəfindən idarə olunur. Şirkətin səhmdarları BEH EAD (50%) və IGI
Poseidon (50%) şirkətləridir. IGI Poseidon Yunanıstanda
qeydiyyatdan keçib və onun səhmləri Yunanıstanın DEPA International
Projects (50%) və İtaliyanın Edison S.p.A enerji qrupu (50%)
tərəfindən bərabər bölüşdürülüb.

Nizamnaməsinə əsasən, ICGB AD IGB qaz kəmərinin sahibidir,
layihənin icrasını maliyyələşdirir, ötürücülük qabiliyyətlərini
paylaşdırır və təbii qazın nəqlindən gəlir əldə edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir