İstanbulda İran və “avroüçlük” arasında nüvə danışıqları başlayıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində İranın nüvə proqramı ilə bağlı
böhranın nizamlanması üzrə Tehran və “avroüçlük” ölkələri olan
Britaniya, Fransa və Almaniya arasında danışıqlar start
götürüb.

Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.

Görüş İranın İstanbuldakı baş konsulluq binasında mətbuata
qapalı keçirilir.

İranı xarici işlər nazirinin müavinləri Məcid Tatxrəvançi və
Kazım Qəribabadi təmsil etdiyi bu görüş nazir müavinləri
səviyyəsində keçirilir.




Xatırladaq ki, İranla sazişin Avropadakı tərəfləri kimi tanınan
Böyük Britaniya, Fransa və Almaniyadan ibarət E3 qrupu, bundan
əvvəl mayın 16-da İstanbulda xarici işlər nazir müavinləri
səviyyəsində bir araya gəlmişdi. Tərəflər ABŞ ilə İran arasında
aparılan dolayı danışıqlara paralel olaraq təmasların davam
etdirilməsi barədə razılıq əldə etmişdi.

İranla ABŞ arasında danışıqlar davam etdiyi bir vaxtda, 13 iyun
tarixində İsrailin İrana hücuma başlaması həm ABŞ, həm də Avropa
ilə aparılan diplomatik prosesi dayandırmışdı.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir