Ərdoğan Putin və Trampı İstanbulda bir araya gətirmək istəyir

Baş səhifə

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ
prezidentləri Vladimir Putin və Donald Trampla Ukrayna üzrə
liderlərin İstanbulda görüşü imkanını müzakirə etmək məqsədilə
telefon danışığı aparmağı planlaşdırdığını bildirib.

Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.




“Ehtimal olunur ki, bu həftə ərzində Putin və Trampla danışıqlar
aparacağıq və İstanbulda liderlərin görüşünün keçirilməsi
məsələsini müzakirə edəcəyik.

Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, – deyə o, 23
iyulda İstanbulda Rusiya və Ukrayna arasında keçirilən birbaşa
danışıqların üçüncü raundunun yekunlarını şərh edərkən
jurnalistlərə bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir