
Suriya, ABŞ və Fransa Suriyada keçid dövrünün dəstəklənməsi üçün səyləri birləşdirməklə bağlı razılığa gəliblər.
Bu barədə “Report” Suriyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, tərəflər qonşu ölkələrin Suriyaya, Suriyanın isə həmin ölkələrə təhlükə yaratmayacağına zəmanət verilməsini zəruri hesab ediblər.
Bundan başqa, Suriyanın birliyi, suverenliyi və sabitliyinə, terrorla mübarizədə birgə əməkdaşlığa dəstək ifadə olunub.
Xatırladaq ki, bu gün Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani Parisdə fransalı həmkarı Jan-Noel Barro və ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tomas Barakla görüşüb.
(Xəbər yenilənir)