
Bakı. Trend:
Rusiya Mərkəzi Bankı illik uçot dərəcəsini 20 faizdən 18 faizə
endirib.
Trend bu barədə
Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Rusiyanın maliyyə tənzimləyicisi ardıcıl ikinci
dəfədir ki, əsas faiz dərəcələrini aşağı salır. Bundan əvvəl rekord
21 faizdən 20 faizə endirilmişdi.
Rusiyanın Mərkəzi Bankı bildirir ki, inflasiya təzyiqi
gözlənilənlərdən daha sürətlə azalır, iqtisadiyyatı
balanslaşdırılmış artıma qayıdır.
Buna baxmayaraq, tənzimləyicinin bəyanatında qeyd olunur ki,
Rusiya bankı sərt pul-kredit siyasəti yürütməyə davam edəcək.