
Bakı. Trend:
ABŞ-nin Nyu-Meksiko Universitetinin tələbə şəhərciyindən silahlı
insident baş verib.
Trend bu barədə
xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, ali təhsil müəssisəsinin administrasiyasının
verdiyi məlumata əsasən, hadisə nəticəsində 1 nəfər həlak olub, 1
nəfər yaralanıb.
Silahlı hücumu həyata keçirməkdə şübhəli bilinən şəxs hələ də
azadlıqdadır. Onun kampusun ərazisində olduğu ehtimal edilir.
Universitet rəhbərliyi tələbələrə təhlükəsiz ərazilərə sığınmağa
çağırıb.
Hadisə yerinə xüsusi-təyinatlı polis dəstələri səfərbər
olunub.