Tramp Avropanı kütləvi miqrasiyanı dayandırmağa çağırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini kütləvi
miqrasiyanı dayandırmağa çağırıb.

Trend-in
məlumatına görə, Tramp bildirib ki, əks halda Avropa mövcudluğunu
itirə bilər.




Tramp əlavə edib ki, ABŞ hakimiyyəti son bir ayda ölkəyə
qeyri-qanuni yolla heç bir miqrantın daxil olmasına imkan verməyib:
“Bundan əlavə, bir çox təhlükəli şəxsi ölkədən çıxarmışıq”.

O, Avropanı miqrasiya siyasətində zəiflikdə ittiham edərək
bildirib: “Avropalılar faktiki olaraq bir işğala şərait
yaradıblar”.